"Google" keçmiş işçisini geri qaytarmaq üçün milyardlarla dollar xərclədi | Banco.az

"Google" keçmiş işçisini geri qaytarmaq üçün milyardlarla dollar xərclədi

Müəllif:Ayşən İmanova/Banco.az

“Google” keçmiş əməkdaşı Noam Şazir tərəfindən qurulan “Character AI” startapının alınması üçün 2,7 milyard dollarlıq müqavilə bağlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Nəşrin məlumatına görə, “Google”un əsas məqsədi süni intellekt sahəsində araşdırmaları ilə tanınan Şaziri yenidən şirkətə cəlb etmək olub. Şazir hazırda “Google”da vitse-prezident vəzifəsində çalışır və “Gemini” də daxil olmaqla süni intellekt alqoritmlərinin inkişafı üzərində işləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, “Google” sırf Şazirin geri qayıtması naminə əhəmiyyətli lisenziya haqqı ödəməyə razılaşıb. Məlumata görə, Şazir “Character AI” startapındakı payı ilə yüz milyonlarla dollar qazanıb. “Forbes” onu süni intellektin inkişafı sahəsində dahi adlandırır.

Qeyd edək ki, Noam Şazir 2000-ci ildən “Google”da işləyib. 17 il sonra o, generativ neyron şəbəkə texnologiyası üçün əsas olan məqalə dərc edib və bir az sonra “Meena” chatbotunu yaradıb. Onun startapı cəmi iki ildən sonra 150 milyon investisiya cəlb edə bilib və 1 milyard dollar dəyərində qiymətləndirilib.

Ən sərfəli krediti almaq üçün müraciət et