Brend keyfiyyəti və məhsul çeşidi ilə seçilən Haval Azərbaycan şirkəti unikal dizayn, müasir texnologiya və gücə malik Dargo və ya Haval H6 Hybrid avtomobillərini əldə edən şəxslər üçün PAŞA Sığorta ilə yeni əməkdaşlıq kampaniyasını təqdim edir.
31 iyul tarixinədək Haval markasının Azərbaycandakı rəsmi avtosalonlarından Haval H6 Hybrid və ya Dargo avtomobillərini əldə edən hər kəs PAŞA Sığortanın Tam KASKO məhsulunu da hədiyyə olaraq qazanacaq.
Tam KASKO sığortası əldə edən zaman siz avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, istənilən təbii fəlakət hadisəsi həmçinin heyvanların hərəkəti kimi risklər nəticəsində avtomobilinizə zərər dəydiyi zaman tam təminat əldə edirsiniz.
Fürsətdən yararlanmaq üçün HAVAL Azərbaycan şirkətinin *7999 və ya +994 55 678 24 24 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin, şirkətin Babək pr. 282 ünvanında yerləşən avtosalonuna yaxınlaşaraq kampaniya haqqında ətraflı məlumat almaq mümkündür.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Bizi sosial şəbəkələrdən izləyin!!