Bu araşdırmada debet kartların premium növü olan platinum kartlarından bəhs edəcəyik.
Bu kartların digər debet kartlardan bir çox üstünlüyü var. Bu kartlarla dünyanın bütün ölkələrində nağd pul çıxara, ticarət və xidmət müəssisəsində alış-veriş etmək mümkündür. Kart sahibi dünyanın hər yerində yüksək xidmət, malların və xidmətlərin haqqının ödənilməsi zamanı endirim və sərfəli təkliflərdən yararlana bilər. Bundan əlavə bəzi kartlarda kəşbək və kartdakı qalığa görə gəlirin hesablanması funksiyası da var.
İndi isə kartlarla və onların şərtləri ilə ətraflı tanış olaq. Kartların müddəti 1-5 il arasında dəyişir. Aşağıdakı cədvəldə kartların qiyməti və müddəti əks olunub. (Nümunə: Bank Respublikanın MasterCard və ya Visa Platinum kartı 1 illik 20 AZN, 2 illik 30 AZN, 3 illik 40 AZN, 5 illik kart isə 60 AZN-dir.)
Həmçinin bax: Ən sərfəli debet kart hansıdır?
Həmçinin bax: Hansı banklar pulsuz kartlar təklif edir?
Həmçinin bax: Bankların ən sərfəli gold kartları
Nə qədər nağdsız əməliyyatların sayı artsa da, bəzən nağd pula ehtiyac yaranır. Kartda olan pulu nağdlaşdırmaq üçün ya bankomata, ya bankın filiallarına yaxınlaşmalı, ya da post-terminaldan istifadə etmək lazımdır. Bu cədvəldən bankların bankomatlardan nağdlaşdırma komissiyaları qeyd olunub. Bu zaman tutulan komissiyalar ATM-in kartın məxsus olduğu bank və ya başqa bank olmasından asılı olaraq dəyişir.
Digər ən çox istifadə olunan xidmətlərdən biri də "card to card"-dır. Bu komissiyalar bankın öz kartları arasında və ya digər bank kartlarına köçürmə edərkən fərqlənir. Bəzən bu kart prossesinq mərkəzindən də asılı olaraq dəyişir. Onu da qeyd edək ki, cədvəldəki komissiyalar pulu göndərən tərəfin hesabından tutulur.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!