Kapital Bankın oktyabrın 1-dən start verdiyi lotereya kampaniyasının növbəti 100 qalibi məlum olub. “Ödəmələr hədiyyəli, hər ay qazan bir 50!” devizi altında keçirilən lotereyanın şərtlərinə uyğun olaraq hər bir qalibin kart hesabına 50 manat köçürülüb. Kampaniya 1 yanvar 2014-cü ilə qədər davam edəcək.
Worldcard Yeni il öncəsi kampaniyaların sayını artırır
Yapı Kredi Bank Worldcard müştəriləri üçün Yeni ilin gəlişi ilə əlaqədar müxtəlif kampaniyalar keçirir. Bu kampaniyaları geyim, mobil telefon, kompüter, turizm, zərgərlik, restoran, market və s sektorlarında keçirən Worldcard, müştərilərinin Yeni il öncəsi edəcəyi alış-verişlərdə əlavə üstünlüklər təklif edir. Bu üstünlüklərə məhsulların nağd qiymətinə alınıb hissələrə bölünməsi, edilən alış-verişlərin 20%-ə qədərini balansa geri qaytarılması, Worldcardla edilən alış-verişlərin endirimli olması və s.
Moody’s reytinq agentliyi “Bank of Baku” ASC-nin reytinqini B1 səviyyəsinə qədər qaldırdı!
Moody’s beynəlxalq reytinq agentliyi “Bank of Baku”-nun ümumi reytinqini B2 səviyyəsindən yüksəldərək uzun müddətli gözlənti reytinqi stabil olan B1 reytinqi kimi təsdiq etmişdir. Yeni reytinq “Bank of Baku” ASC –nin 2012-ci ilin audit olunmuş və 30 noyabr 2013-cü il tarixinədək audit olunmamış, Beynəlxalq Maliyyə Hesabatları Standartları əsasında hazırlanmış maliyyə hesabatlarına əsaslanaraq verilmişdir.
TƏLƏBƏLƏRƏ HƏDİYYƏLİ ALBALI KARTI
Unibank ALBALI kartı alan tələbələrə 28 Cinema-dan hədiyyə kampaniyasının müddətini uzatdı. İndi gələn il yanvarın 15-dək ALBALI kartı alan tələbələrə 28 Cinema-ya bilet hədiyyə edilir. Belə ki, bu tarixədək 28 Cinema-dan gunorta seansına alınan, qiyməti 8 AZN-dək olan biletin dəyəri tələbənin ALBALI kartına qaytarılır.Qeyd edək ki, tələbələr üçün ALBALI kart almaq daha da asanlaşıb.
“Bank Technique”in “Mərkəz” filialının yeni konsepsiyada rəsmi açılışı olub
Dekabrın 14-də “Bank Technique” ASC-nin Bakı şəhəri, Nizami küçəsi 68 ünvanında yerləşən “Mərkəz” filialının, müasir və dəbdəbəli dizayn konsepsiyasına əsasən həyata keçirdiyi əsaslı təmirdən sonra, rəsmi açılışı olub. Tədbirdə Bank rəhbərliyi, iş adamları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
“AtaBank” ASC facebook səhifəsində “Yeni İl, Yeni Şans” müsabiqəsinə start verdi
"AtaBank" ASC 16 dekabr 2013-cü il tarixindən öz rəsmi facebook səhifəsində "Yeni İl, Yeni şans" şuarı altında hədiyyəli kampaniyaya start verir. Müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini qaldırmaq və onlara bu bayram günlərində sevinc hissi bəxş etməkdir.
Kapital Bankdan maaş və pensiya kartı sahiblərinə nağd kredit
Kapital Bankın maaş və pensiya kart sahibləri artıq bankın 6000 AZN-dək nağd pul krediti təklifindən faydalana biləcəklər.
Kredit illik 24%-dən başlanan faizlə, 36 ayadək müddətə təqdim olunur. Zaminə, girova və arayışa ehtiyac yoxdur.
TuranBank FHN işçilərini üçün kredit faizlərində 3% endirim edir!
Hər il dekabrın 16-sı ölkədə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 2005-ci ilin məhz həmin günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) yaradılıb.
Sabah “Dostlar Klubu” lotereyasının ikinci tirajı keçiriləcək!
14 dekabr 2013-cü il tarixində “Bank of Baku”-nun daimi kredit müştəriləri olan “Dostlar klubu” üzvləri üçün stimullaşdırıcı lotereyanın ikinci tirajı keçiriləcək. Lotereyanın oynanılması saat 20:00-da başlayacaq və ATV telekanalının canlı efirində nümayiş etdiriləcək. Lotereyanın siması və aparıcılarından biri Azərbaycanın xalq artisti Brilliant Dadaşova olacaq.