Müəllif: Gülnar Əhmədli, Banco.az
Günə kofe içmədən başlaya bilməyən insanların sayı heç də az deyil. Məşhur inancın əksinə olaraq, qəhvə və ya kofe günə başlamağın ən yaxşı yolu deyil. Mütəxəssislər bir fincan qəhvədən həzz almaq üçün ən yaxşı vaxtın günorta saatları olduğunu düşünürlər. Bəs səhər tezdən qəhvə içdikdə bədənimizdə nə baş verir? Əgər yuxudan duran kimi kofe içənlərdənsinizsə, bu yazı sizin üçüdür.
1. Özünüzü daha yuxulu hiss edə bilərsiniz
Qəhvə bir çoxumuz üçün enerji içkisi olsa da, əslində yuxulu hiss etməmizə səbəb ola bilər. Kofein stress hormonlarının səviyyəsini iki qat artırır və yuxu problemlərinə və yorğunluğa səbəb ola bilər. Məsələn, günə bir fincan şəkərli kapuçino ilə başlasanız, vücudunuz şəkəri tarazlaşdırmaq üçün insulin istehsal edəcək və özünüzü daha yorğun hiss edəcəksiniz.
2. Bədəniniz əsas mineralları daha tez itirir
Səhər tezdən qəhvə içmək bir çox vacib vitamin və mineralların itirilməsinə səbəb ola bilər. Vücudunuz sinir sisteminiz üçün həyati əhəmiyyət kəsb edən maqnezium və B vitaminlərini udmaqda çətinlik çəkə bilər. Bundan əlavə, müntəzəm qəhvə istehlakı kalsium ehtiyatlarınızı zədələyir və sümüklərinizi daha kövrək edir.
3. Mədəniz narahat ola bilər
Qəhvə sinir sistemini aktivləşdirir. Buna görə də bu, diareyaya səbəb ola bilər. Bir çox insanlar səhər qəhvəsinə süd və ya krem əlavə etməyi xoşlayırlar. Tərkibində laktoz olan bu məhsullar mədə problemlərinin artmasına səbəb ola bilər.
4. Çəki artımına səbəb ola bilər
Qəhvə yağ yandırmağınıza kömək etsə də, yuxu rejiminizi poza bilər. Kifayət qədər yatmayanda daha çox ac oluruq və yemək yemək istəyirik. Buna görə də həddindən artıq qəhvə istehlakı çəki artımı kimi problemlərə səbəb ola bilər.
5. Narahatlıq və stressi artıra bilər
Səhər yuxudan duranda stress hormonlarımız ən yüksək səviyyədə olur. Kofein stimullaşdırıcı olduğu üçün bədənimizi aktivləşdirir və sizi daha gərgin hiss etdirə bilər.
6. Şəkərinizi yüksəldə bilər
Səhər qəhvəsi hüceyrələrin qan şəkərini tənzimləməsini çətinləşdirir. Bu, bir çox xəstəliklərə səbəb olur. Yüksək qan şəkəri çəki artımına səbəb ola bilər və bu, həmçinin dəri infeksiyası riskini artırır.
Bizi sosial şəbəkələrdən izləyin!!