Bayden Ukraynanın borcunu silməyi planlaşdırır | Banco.az

Bayden Ukraynanın borcunu silməyi planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ prezidenti Co Bayden administrasiyası Konqresə Ukraynanın 4,65 milyard dollarlıq borcunu silməyi planlaşdırdığını bildirib.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin nəzərdən keçirə bildiyi məktuba görə, borcun ləğvi “ABŞ-nin və onun Aİ, G7+ və NATO-dakı tərəfdaşlarının milli maraqlarına uyğundur”.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, Ağ Ev apreldə təsdiqlənmiş 60 milyard dollarlıq əlavə yardım paketi çərçivəsində Kiyevə verilən 9 milyard dollar kreditin yarısını ləğv etmək niyyətindədir. Məlumata görə, Bayden administrasiyasının planı artıq respublikaçıların etirazına səbəb olub.

Qeyd olunub ki, ABŞ prezidentinin Ukraynanın borcunun 50%-ni silmək hüququ var.