“Nvidia”nın xalis mənfəəti və gəliri 2 dəfə artıb | Banco.az

“Nvidia”nın xalis mənfəəti və gəliri 2 dəfə artıb

Müəllif: Ayşən İmanova/Banco.az

Amerikanın qrafik prosessor istehsalçısı “Nvidia”, 2025-ci maliyyə ilinin üçüncü rübündə xalis mənfəət və gəlirini 2 dəfə artırıb.

Banco.az xəbər verir ki, oktyabrın 27-də başa çatan rübdə şirkətin xalis mənfəəti bir il əvvəlki 9,243 milyard dollarla müqayisədə 19,309 milyard dollar təşkil edib.

Gəlir bir il əvvəlki 18,120 milyard dollardan 35,082 milyard dollara yüksəlib. Məlumat mərkəzi seqmentində gəlir daxil olmaqla, 30,77 milyard dollar təşkil edib ki, bu da ötən ilin göstəricisindən 2,1 dəfə (112%) çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Ötən maliyyə rübü ərzində şirkət səhmdarlara təxminən 11,25 milyard dollar qaytarıb, o cümlədən səhmlərini 11 milyard dollara geri alıb. Şirkət dördüncü maliyyə rübündə 37,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, son üç ayda “Nvidia”nın kapitallaşması 13,5% (3,6 trilyon dollara qədər) artıb.