Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları bu ilin oktyabr ayında Türkiyədə 78 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə oktyabr ayında xaricilərə mənzil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,3% azalaraq 2 min 122 ədədə enib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 373 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (172 mənzil), üçüncü isə Ukrayna (136 mənzil) vətəndaşları alıblar.
Qeyd edək ki, azərbaycanlılar 10 ayda Türkiyədə 682 mənzil alıblar. Bu göstərici ötən ilin eyni dövründə isə 715 ədədə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!