Səbuhi Süleymanlı Yelo Bank-ın İdarə Heyətinə üzv seçilib
Banco.az xəbər verir ki, Yelo Bank-ın rəhbərliyində dəyişiklik olub. Belə ki, Səbuhi Süleymanlı Yelo Bank-ın İdarə Heyətinə üzv, Baş Risk inzibatçısı təyin edilib. Bu vaxtadək S. Süleymanlı Bankın Kreditlərin Bərpası üzrə Baş direktoru vəzifəsini tuturdu.
2003-cü ildə Milli Aviasiya Akademiyasının İnzibati İdarəetmə ixtisasını fərqlənmə ilə bitirən S. Süleymanlı, karyerasına 2005-ci ildə AccessBank-da kiçik kredit mütəxəssisi kimi başlayıb, 2010-cu ildə filial müdiri, 2014-cü ildən altı filial şəbəkəsi üzrə Regional Direktor olub. 2018-ci ildə eyni bankın Kreditlərin Bərpası departamentinin direktoru, 2019-cu ildə İcraçı direktor, 2020-ci ildə isə Baş direktor vəzifəsinə təyin edilib. 2020-ci ilin dekabr ayından etibarən isə fəaliyyətini Yelo Bank-da davam etdirir.