Satış və Kredit Dəstək üzrə əməkdaş
Vəzifəyə olan tələblər:
• Ali təhsil;
• Korporativ Bankcılıq (Satıs, Kredit Bölmələri) sahəsində ən az 5 il iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl, türk və ingilis dillərini yaxşı səviyyədə bilmək
• Mükəmməl kompüter biliyi (istifadəçi səviyyəsində)
• Ümumi bacarıqlar :
- Təşəbbüskar, kommunikativ
- Komandada işləyə bilmək və insanlarla yazılı və şifahi ünsiyyət qurma bacarığının olması
- Stresə davamlılıq və münaqişələri həll etmə bacarığı
Funksional Öhdəliklər:
• Filialların korporativ seqmentində kredit hədəflərinin yerinə yetirilməsi ve sağlam kredit portfelinin yaradılması üçün lazımi dəstəyin verilmesi;
• Filiallarla Kredit Underwriting bölməsi arasında koordinasiya ve məlumat dəstəyinin verilməsi;
• Filiallardan gələn kredit təkliflərinin təhlili və komitəyə çıxarılması;
• Müştəri görüş və ziyarətlərinin aparılması/həyata keçirilməsi;
• Korporativ müştərilər üçün Bankın müvafiq politikalarına uyğun şəkildə risklərin idarə edilməsi.
Namizədlər özləri haqqında məlumatı (CV) bu ünvana göndərə bilərlər: [email protected]