"Yalan əqd" ilə xərclərin artırılmasının qarşısı alınacaq | Banco.az

"Yalan əqd" ilə xərclərin artırılmasının qarşısı alınacaq

Milli Məclisdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilir.

Vergi Məcəlləsinə  “yalan əqd”  ifadəsi və ifadənin açılışı  daxil edilir.

Yalan əqd - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əqdi pərdələmək məqsədilə bağlanan, habelə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə əməliyyatların rəsmiləşdirildiyi əqddir;

Yalan əqd üzrə benefisiar (faydalanan şəxs) - yalan əqd bağlamaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, habelə yalan əqd bağlamaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya yalan əqd bağlamaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxs;

Ən sərfəli kredit üçün müraciət et

Digər bir dəyişikliyə görə, yalan əqdlər çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin yalan əqdlər çərçivəsində aparılan əməliyyatlar üzrə rəsmiləşdirilən sənədlər, habelə riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura verginin əvəzləşdirilməsinə əsas vermir.

marja