ŞƏT Orta Dəhlizin inkişafına şərait yaradacaq – Pakistanlı ekspert | Banco.az

ŞƏT Orta Dəhlizin inkişafına şərait yaradacaq – Pakistanlı ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü işə başlayıb.

Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunacaq Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər.

Bu barədə Banco.az-a açıqlama verən pakistanlı iqtisadçı, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə beynəlxalq ekspert Qaiser Navab deyib ki,  regional iqtisadi strukturların iştirakçısı olan Pakistan üçün Orta Dəhliz əlaqələrin genişləndirilməsi yeni imkanlar açır:

“Bu görüş iqtisadiyyatın diversifikasiyası baxımdan önəmli məsələlərə xidmət edidr. Biz düşünürük ki, ŞƏT çərçivəsində birgə səylər bu dəhlizdən ticarət əlaqələrini gücləndirmək, infrastrukturu təkmilləşdirmək və üzv dövlətlərdə iqtisadi artımı stimullaşdırmaq üçün istifadə etməyə imkan yaradacaq”.

Qaiser Nəvab qeyd edib ki, Orta Dəhlizin regional və qlobal iqtisadi strategiyalarla inkişafı  effektiv ticarət yollarının yaradılmasını asanlaşdıracaq:

Ən sərfəli kredit üçün müraciət et

“Dəhliz xüsusilə logistika, texnologiya və ticarət kimi sahələrdə iş yerlərinin yaradılması və bacarıqların inkişafı üçün katalizator ola bilər. Bu, logistik maneələri azaltmaqla iqtisadi fəallıq və investisiyaların artırılması üçün əlverişli mühit yaradır” – ekspert əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et