“Samsung” işçiləri çip istehsalına təsir edəcək üç günlük tətilə başladılar | Banco.az

“Samsung” işçiləri çip istehsalına təsir edəcək üç günlük tətilə başladılar

Müəllif:Ayşən İmanova/Banco.az

“Samsung Electronics” həmkarlar ittifaqı İyulun 8-dən 10-dək iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil etmək niyyətini açıqlayıb.

Banco.az xəbər verir ki, tədbirin məqsədi daha şəffaf bonuslar və məzuniyyətlər sistemi yaratmaq və şirkət rəhbərliyi ilə bərabərhüquqlu tərəfdaşlıq qurmaqdır.

Hazırda kompaniyanın rəhbərliyi və həmkarlar ittifaqı arasında əməkhaqqlarının artırılması və mükafatlar barədə danışıqlar aparılır. “Samsung Electronics” işçilərinə 5,1 faizlik əməkhaqqı artımı təklif etsə də, həmkarlar ittifaqı bununla razılaşmır.

Onlar qeyd edib ki,  bu həftə ərzində danışıqlarda irəliləyiş əldə olunmazsa, iyulun 15-dən etibarən növbəti beş günlük tətil keçirilicək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et