Şirkətini satan milyarder 653 milyon dolları işçiləri arasında böləcək | Banco.az

Şirkətini satan milyarder 653 milyon dolları işçiləri arasında böləcək

Müəllif:Ayşən İmanova/Banco.az

Britaniyalı milyarder Mark O'Hara şirkətinin satışından əldə etdiyi 653 milyon dolları işçiləri ilə bölüşmək qərarına gəlib.

Banco.az xəbər verir ki, bu barədə “Fortune” nəşri məlumat yayıb.

Məlumata görə, Mark O'Haranın 2002-ci ildə qurduğu məlumat emalı şirkəti “Preqin” bu yaxınlarda dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “BlackRock” tərəfindən 3,32 milyard dollara alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, Mark və onun həyat yoldaşının şirkətdəki payı 80% təşkil edib. Müqavilə imzalandıqdan sonra cütlük təxminən 2,6 milyard dollar alacaq ki, bu da onlara Böyük Britaniyanın ən zəngin 100 adamı sırasına daxil olmağa imkan verəcək. 

Şirkətin satışından əldə edilən gəlirin qalan 20%-i (653 milyon dollar) isə rəhbərlik və təxminən 1,5 min “Preqin” işçisi arasında bölünəcək.

Qeyd edilib ki, O'Hara özü "BlackRock"a vitse-prezident kimi qatılacaq.

 

Ən sərfəli krediti almaq üçün müraciət et