Napoleon Bonaparta məxsus iki tapança hərracda rekord qiymətə satıldı | Banco.az

Napoleon Bonaparta məxsus iki tapança hərracda rekord qiymətə satıldı

Müəllif:Ayşən İmanova/Banco.az

19-cu əsrin əvvəllərində Fransanı idarə edən Napoleon Bonaparta məxsus, birini intihara cəhd edərkən istifadə etməyə çalışdığı iki tapança hərracda 1,69 milyon avroya (1,83 milyon dollar) satılıb.

Banco.az xəbər verir ki, hərrac Osenat hərrac evində keçirilib.

Parisli silah ustası Luis-Marin Gosset tərəfindən hazırlanmış silahların ilkin qiyməti 1,2-1,5 milyon avro təşkil edib.
Qızıl və gümüşlə işlənmiş tapançaların üzərində Napoleonun profili həkk olunub. 

Fransa Mədəniyyət Nazirliyi hərracdan əvvəl tapançalara “milli xəzinə” statusu verib və onların ölkədən çıxarılmasını qadağan edib.

Qeyd edək ki, Napoleonun əşyaları hərraclarda ən çox axtarılan əşyalar sırasındadır. Noyabrda keçirilən hərracda Napoleona məxsus papaq 1,9 milyon avroya satılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et