PAŞA Sığortadan səyahət sığortasını onlayn almaq imkanı! | Banco.az

PAŞA Sığortadan səyahət sığortasını onlayn almaq imkanı!

Bütün ilboyu çalışan hər kəs səbirsiziklə tətil zamanının gəlməsini və istirahət üçün seçdiyi ölkəyə yollanmağı gözləyir. Xarici səfərlər isə hər zaman turistik məqsədlə olmur. İl ərzində ezamiyyət, biznes məqsədilə və ya müxtəlif ölkələrdə keçirilən beynəlxalq idman yarışlarında iştirak üçün də səfər sığortası əldə etməyə ehtiyac duyulur.

Səyahətə çıxmazdən öncə etməli olduğumuz ilk işlərdən biri isə səfər sığortası əldə etməkdir. Çünki, səyahətimiz boyunca sağlamlığımızla bağlı qarşılaşa biləcəyimiz gözlənilməz xərcləri səfər sığortası qarşılayır.
Səyahət sığortanızı evdən çıxmadan, bir neçə dəqiqə ərzində onlayn əldə etmək üçün PAŞA Sığorta sizə rəqəmsal həllər təklif edir. Onlayn satış platforması vasitəsilə siz https://store.pasha-insurance.az/ linkinə keçid edərək səfər sığortanızı əldə edə bilərsiniz. İlkin olaraq səfərin başlama və bitmə tarixini, həmçinin səyahət etdiyiniz ölkəni seçərək sığortanızı əldə etməklə yanaşı,sığorta şəhadətnaməsini öz elektron adresinizə göndərə və ya PDF olaraq yükləyə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram