Müəllif: Gülnar Əhmədli, Banco.az
Maddi zənginliyin heç bir limiti olmasa da, insanın özünü maddi cəhətdən təhlükəsiz, rahat və varlı hiss etməsi üçün lazım olan pul miqdarının aşağı həddi var. ABŞ-də yerləşən “Bankrate” adlı maliyyə xidmətləri şirkəti tərəfindən zəngin hiss etmək üçün nə qədər pul qazanmaq lazımdır sualına cavab verən araşdırma edilib.
Araşdırma nəticəsində ortaya çıxan başqa maraqlı məlumatlar da var. Məsələn, insana özünü təhlükəsiz və rahat hiss etdirəcək pul məbləği əvvəlki illərlə müqayisədə xeyli artıb. Araşdırmanın təfərrüatlarına nəzər salaq.
Şirkət tərəfindən hazırlanan maliyyə azadlığı sorğusunda ABŞ-dən 2400-dən çox insan iştirak edib. Araşdırmalara görə, bir insanın özünü varlı və maddi cəhətdən təhlükəsiz hiss etməsi üçün ildə təxminə 520 min dollar lazımdır.
Məlum olub ki, özünü varlı hiss etmək üçün lazım olan pul miqdarı nəsildən-nəslə dəyişir.
Məsələn, 1946-1964-cü illərdə doğulmuş nəslə görə, özünü varlı hiss etmək üçün tələb olunan illik məbləğ 556 min dollardır. X nəslinin (1965-80-ci illər arasında doğulanlar) özünü varlı hiss etməsi üçün ildə 574 min dollara ehtiyacı var. Y nəslinin üzvləri özlərini varlı hiss etmək üçün ildə 480 min dollara ehtiyac duyduqlarını bildirirlər. Z nəsli üçün özünü zəngin hiss etməyin dəyəri isə 461 min dollardır.
Qeyd edilib ki, sorğuda iştirak edənlərin 75 faizi maliyyə cəhətdən tam təminatlı olmadıqlarını deyir. Bu nisbət 2023-cü ildə 72 faiz idi.
Bizi sosial şəbəkələrdən izləyin!!