Müəllif: Tamara Mustafayeva, Banco.az
“Netflix” lüks brendlərin reklamlarını təqlid edərək “Lupin” serialının yeni mövsümünü təqdim edib.
Banco.az xəbər verir ki, Netflix "Lupin" serialının final sezonunu tanıtmaq üçün lüks brendlərin afişalarını təqlid edərək yeni kampaniya hazırlayıb.
Belə ki, şirkət “Jellyfish France” reklam agentliyi ilə əməkdaşlıq edərək Fransanın müxtəlif bölgələrində “Rolex”, “Chanel, Hermès”, “Cartier”, “Celine” və “Tiffany & Co” kimi dəbdəbəli brendlərin reklamlarına oxşar möhtəşəm afişalar hazırlayıb. Bu afişalarda hətta müvafiq markaların loqotiplərinə və brend estetikasına da yer verilib.
İlk baxışdan dəbdəbəli brendlərin afişalarına bənzəyən kampaniyalarda məhsulların yox, aşılanmış dəridə zinət əşyalarının qoyduğu bəzi izlər olduğu görünür. Yoldan keçənlərin marağına səbəb olan bu izlərin səbəbi isə serialın baş rolu Arsen Lupin obrazından qaynaqlanır.
Bizi sosial şəbəkələrdən izləyin!!