İsveç Ukraynaya 2,25 milyard dollar ayıracaq | Banco.az

İsveç Ukraynaya 2,25 milyard dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

İsveç hökuməti 2025 və 2026-cı illərdə Kiyevə hərbi dəstək üçün 25 milyard kron (2,25 milyard dollar) ayırmaq qərarına gəlib.

Banco.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson ukraynalı həmkarı Rustem Umerovla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Bildirilib ki, bundan əlavə, Nazirlər Kabineti Ukrayna hərbi-sənaye kompleksinə uzaqmənzilli raketlərin və PUA-ların kütləvi istehsalı üçün vəsait ayırmağa hazırdır.

Ən sərfəli kredit üçün müraciət et

"Onlar Ukraynada Ukraynanın müdafiə sənayesi tərəfindən istehsal olunacaq, lakin İsveç tərəfindən maliyyələşdiriləcək", - deyə siyasətçi qeyd edib.

Yonson əlavə edib ki, yeni paketin təfərrüatları yanvar ayında açıqlanacaq.

İsveç hökumətinin məlumatına görə, 2022-ci ilin fevral ayından bəri Stokholm Kiyevə 57,4 milyard kron (4,99 milyard avro) yardım ayırıb ki, bunun da 48,4 milyard kronu (4,20 milyard avro) hərbi məqsədlidir.