Naxçıvanda kreditləşmənin həcmi kəskin artıb | Banco.az

Naxçıvanda kreditləşmənin həcmi kəskin artıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 27,66 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 3,4 dəfə çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, verilən kreditlərin 2,41 mln. manatdan çoxu və yaxud 8,7%-i qısamüddətli, 25,2 mln. manatdan çoxu və yaxud 91,3%-i uzunmüddətli kreditlər olub.

Ən sərfəli kredit üçün müraciət et

1 mart 2020-ci il tarixə Naxçıvan Muxtar Respublikanın banklarında açılan bank hesablarının sayı 85869-a çatıb ki, bunun da 75476-sı və ya 87,9%-i aktiv hesablardır. Bu ilin yanvar-fevral ayında açılan 6392 bank hesabının 6389-u aktiv hesablar olub.

1 mart 2020-ci il tarixinə muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 280 təşkil edib.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et