Müəllif: Tamara Mustafayeva, Banco.az
“Meta” şirkəti “Messenger” tətbiqində istifadə oluna bilən və “fərdi xüsusiyyətləri” olan yeni süni intellekt çatbotunu təqdim edib.
Banco.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, “Meta” şirkətinin baş direktoru Mark Zukerberq şirkətin Kaliforniyadakı mənzil-qərargahında keçirdiyi iclasda yeni məhsulları ilə bağlı açıqlama verib.
Zukerberq 2023-cü ili “süni intellekt üçün əla il” adlandırıb və qeyd edib ki, süni intellekt çatbotları hələ də müəyyən “məhdudiyyətlərlə” fəaliyyət göstərir.
Açıqlamadan sonra “Meta” "Messenger" tətbiqində istifadə edilməsi planlaşdırılan "Meta AI" adlı süni intellekt çatbotunu təqdim edib.
Qeyd edilib ki, sözügedən çatbot “fərdi” xüsusiyyətlərə malik olacaq və istifadəçilər ondan “müzakirəyə son qoymaq” kimi yazışma yardımı istəyə biləcəklər.
Bizi sosial şəbəkələrdən izləyin!!