"LinkedIn"in təsisçisi öz klonundan müsahibə götürüb | Banco.az

"LinkedIn"in təsisçisi öz klonundan müsahibə götürüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rid Hofman öz süni intellekt klonundan müsahibə götürüb.

Banco.az xəbər verir ki, “LinkedIn” həmtəsisçisi olan texnoloji sahibkar Rid Hofman bu yaxınlarda süni intellekt dünyası üçün maraqlı bir addım atıb.

Belə ki, onun öz süni intellektli klonu ilə keçirdiyi müsahibə texnologiya aləminsə böyük maraq doğurub.

Hofmanın klonu onun məlumatı, səsi və davranışı üzrə öyrədilmiş GPT (Generative Pre-trained Transformer) modeli ilə təchiz edilmişdir. Bu heyranedici texnologiya Hofmana özünün rəqəmsal versiyasını yaratmağa və onunla qarşılıqlı əlaqə qurmağa imkan verir.

Qeyd edək ki, Hofman süni intellekt klonu ilə müsahibəsində süni intellekt və texnologiya haqqında ətraflı söhbət edib.

Ən sərfəli kredit üçün müraciət et

O, çıxışında süni intellekt avatarlarının insanları narahat edə biləcəyinə diqqət çəkib. Lakin o, bu texnologiyanın potensialını da vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram