Könüllü sığorta 17%, icbari sığorta isə 14% artıb | Banco.az

Könüllü sığorta 17%, icbari sığorta isə 14% artıb

2021-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 586,595 milyon manat sığorta haqqı toplanılıb.

Bu, 2020-ci ilə nisbətən 16,7% çoxdur.

Ötən il icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 13,9% artaraq 257,303 milyon manata çatıb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 339,266 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 10,4% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 38,25% artaraq 119,461 milyon manata çatıb.

Beləliklə, 2021-ci ildə könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 57,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ildə 75,3 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 38,3 manatdan 46,4 manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram