İşdə ilk həftənizdə etməməli olduğunuz 7 davranış | Banco.az

İşdə ilk həftənizdə etməməli olduğunuz 7 davranış

Müəllif: Gülnar Əhmədli, Banco.az

İşdə ilk həftənizdə etdikləriniz və ya dedikləriniz yeni həmkarlarınızda qalıcı təəssürat yarada bilər. Buna görə də ilk təəssüratın yaxşı olmasına çalışmalısınız. İşə başlasanız da, qiymətləndirmə müəyyən bir müddət davam edə bilər. Karyera mütəxəssisləri deyirlər ki, yeni işə başlayanda yaxşı təəssürat yaratmaq üçün etməməli olduğunuz bəzi şeylər var. Həmin davranışlardan bir neçəsi aşağıdakılardır:

1. Gecikməmək

Əgər ilk həftənizdə geciksəniz, vaxtınızı idarə etmə bacarıqlarınız haqqında pis ilk təəssürat yaradacaqsınız. İşə bir neçə dəqiqə də olsa gecikməmək üçün, heç olmasa ilk həftə həmişə evdən çıxmağınızdan ən azı yarım saat tez çıxın.

2. Hər şeyi bilirmiş kimi davranmaq

Siz yeni başlayanda insanlar sizin səriştənizi, öhdəliklərinizi və uyğunlaşma qabiliyyətinizi qiymətləndirəcəklər. Əgər öz sahənizdə təcrübəlisinizsə, yəqin ki, bu işdə nəyin səhv olduğunu bilirsiniz. Ancaq unutmayın ki, siz bu işdə yenisiniz. Onların nə etdiklərini və necə etdiklərini dəqiq bilmirsiniz. Bəzi şeylər sizə yanlış görünsə belə, dərhal hər şeyi bilən kimi davranmayın. 

3. Yeni işçi kimi davranmamaq

Yeni işə başlayanda bəzi işləri necə edəcəyinizi bilməməyiniz normaldır. İlk həftədən bütün insanlarla tanışlığa ehtiyac yoxdur. Özünüzə vaxt verin.

4. Geyim qaydalarına əməl etməmək

İş yerlərində geyim qaydaları fərqli ola bilər. Nəyin uyğun olub-olmadığını hələ sizə deməyiblərsə, başqalarından soruşmağınız lazım ola bilər. Yaxud da ilk gün üçün köynək və klassik şalvar istifadə edə bilərsiniz. Növbəti günlər üçünsə başqalarının necə geyindiyinə diqqət yetirin və özünüzü buna uyğun nizamlayın.

Ən sərfəli kredit üçün müraciət et

5. Çox mehriban olmaq

Bu, işinizin ilk həftəsində heç vaxt etməməli olduğunuz şeylərdən biridir. Dost olmaq və dərhal yeni bir iş yoldaşınızla yaxınlaşacağınızı düşünmək arasında bir xətt var. İlk həftənizdə buna diqqət yetirin. Bütün sirlərinizi dərhal başqaları ilə paylaşmayın. Peşəkar olun, onsuz da həmkarlarınızla çox vaxt keçirəcəksiniz.

6. Qeybət etmək

Hər yerdə olduğu kimi insanların iş yerində də müəyyən dost qrupları olur. Bu qruplar arasında bəzi söz-söhbətlərin olması normaldır. Ancaq unutmayın ki, siz hələ heç kimi dəqiq tanımırsınız. İlk həftənizdə özünüzü heç bir qrupa daxil etməyin. Sadəcə insanları dinləyin və ya onlarla qısa söhbətlər edin.

7. Rəhbərinizlə ünsiyyət qurmamaq

İlk həftənizdə görüşəcəyiniz bütün insanlar arasında qurmağınız lazım olan ən vacib münasibət müdirinizlədir. İnsanların böyük əksəriyyəti müdiri ilə münasibətlərinə görə işlərini tərk edir. Xüsusilə ilk həftənizdə işiniz barədə müdirinizlə tez-tez danışmağa çalışın.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram