Müəllif: Gülnar Əhmədli, Banco.az
Məlumdur ki, texnologiya dünyasında bir çox şirkət öz işçilərinə yaxşı imkanlar təklif edir. Yüksək əməkhaqqı ilə yanaşı, işçilər üçün rahat ofislər, texnoloji və maarifləndirici yardım göstərilir. Bu mövzuda aparılan araşdırma əsasında ən çox iş müraciəti alan şirkət bəlli olub.
Banco.az xəbər verir ki, "Resume.io" CV hazırlama xidməti tərəfindən aparılan yeni araşdırmada ABŞ-ın ən rəqabətli şirkətləri açıqlanıb. Hesabatda hər bir şirkətin iş elanları üçün gündəlik orta hesabla müraciət sayına dair "LinkedIn" məlumatı təhlil edilib.
"Netflix"in hər elan üçün orta hesabla 84,87 müraciət qəbul edərək ən çox tələb olunan şirkət olduğu müəyyən edilib. İkinci yerdə hər elan üçün 73,25 müraciət alan "Amazon", üçüncü yerdə isə orta hesabla 57,90 müraciətlə "Microsoft" qərarlaşıb.
İlk 10-luq belədir:
- Netflix
- Amazon
- Microsoft
- Apple
- Meta
- Oracle
- Tesla
- S&P Global
- Victoria's Secret
- Goldman Sachs
Bizi sosial şəbəkələrdən izləyin!!