XX əsrin ikinci yarısında kəşf olunsa da, internet bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Dünyada 7.7 milyard əhalinin yaşadığını nəzərə alsaq, hal-hazırda onun 58.8%-i internetdən istifadə edir. Dünyada ən çox istifadə edənlər Şimali Amerika və Avropada yaşayanlardır ki , Şimali Amerika əhalisinin 89.4%-i, Avropanın isə 87.7%-i internetdən istifadə edir. Ən az istifadə edənlər isə Afrika qitəsində yaşayanlardır ki, burda əhalinin yalnız 39.6%-i internetdən istifadə edir. İnternetdən ən çox istifadə edən ölkələr Çin və Hindistandır. Azərbaycana qonşu ölkələr olan Rusiya, Türkiyə və İran da internet istifadəçilərinin sayına görə ilk 20 ölkə sırasındadır.
№ | Ölkələr | Əhali sayı |
İnternet istifadəçilərinin sayı |
İnternet istifadəçilərinin əhali sayına nisbəti |
1 |
Çin |
1 420 062 022 | 829 000 000 | 58% |
2 |
Hindistan |
1 368 737 513 | 560 000 000 | 41% |
3 |
ABŞ |
329 093 110 | 292 892 868 | 89% |
4 |
Braziliya |
212 392 717 | 149 057 635 | 70% |
5 |
İndoneziya |
269 536 482 | 143 260 000 | 53% |
6 |
Yaponiya |
126 854 745 | 118 626 672 | 94% |
7 |
Nigeriya |
200 962 417 | 119 506 430 | 59% |
8 |
Rusiya |
143 895 551 | 109 552 842 | 76% |
9 |
Banqladeş |
168 065 920 | 94 445 000 | 56% |
10 |
Meksika |
132 328 035 | 88 000 000 | 67% |
11 |
Almaniya |
82 438 639 | 79 127 551 | 96% |
12 |
Türkiyə |
82 961 805 | 69 107 183 | 83% |
13 |
Filippin |
108 106 310 | 67 000 000 | 62% |
14 |
Vyetnam |
97 429 061 | 64 000 000 | 66% |
15 |
Birləşmiş Krallıq |
66 959 016 | 63 356 621 | 95% |
16 |
İran |
82 503 583 | 62 702 731 | 76% |
17 |
Fransa |
65 480 710 | 60 421 689 | 92% |
18 |
Tayland |
69 306 160 | 57 000 000 | 82% |
19 |
İtaliya |
59 216 525 | 54 798 299 | 93% |
20 |
Misir |
101 168 745 | 49 231 493 | 49% |
Azərbaycanda isə əhalinin təxminən 80%-i internet istifadəçisidir. Bu faizə daxil olanların 40.4%-i 24 yaşadək olanlardır. Bundan sonra ən çox internet istifadə edənlər 35-64 yaş aralığına daxil olanlardır. 25-34 yaşı olanlar isə ümumilikdə internet istifadəçilərinin 26.3%-ni təşkil edir. 64 yaşda yuxarı internet istifadəçiləri isə sadəcə 0.1% təşkil edir.
İstifadə məkanına görə isə internet istifadəçilərinin 69%-i evdə, 18%-i isə iş yerlərində istifadə edirlər.
İstifadə məqsədi gəldikdə isə ən çox internetdən istifadə edənlər informasiya axtarmaq məqsədi ilə istifadə edirlər. 29.5% istifadəçi isə bu resursdan əlaqə yaratmaq məqsədi ilə istifadə edir. Elektron hökumətin qurulması ilə 14.8% istifadəçi internet vasitəsilə hakimiyyət orqanlarından informasiya əldə edir, sənədləri yükləyir və göndərir. Bu şəxslər arasında 6.9%-i isə təhsil məqsədi ilə internetdən istifadə edir.
Tərlan Qəhrəmanova, Banco.az