"Instagram" platformaya rəqəmsal vizit kart funksiyası əlavə edib | Banco.az

"Instagram" platformaya rəqəmsal vizit kart funksiyası əlavə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Instagram” artıq istifadəçilərə öz rəqəmsal profil kartlarından istifadə edərək paylaşımlar etməyə icazə verəcək.

Banco.az xəbər verir ki, sosial media platforması “Instagram” istifadəçilərə hesab məlumatlarını daha effektiv şəkildə paylaşmağa imkan verəcək rəqəmsal profil vizit kartı funksiyasını elan edib.

İki tərəfli kartda istifadəçinin şəkli, qısa tərcümeyi-halı və adı, QR kodu var.

Rəqəmsal profil kartları istifadəçilərin “Instagram” hesablarını başqaları ilə paylaşmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. İstifadəçilər öz şəxsi linklərini və ya seçdikləri mahnını əlavə etməklə profil kartlarını fərdiləşdirə bilərlər.

Qeyd edək ki, tezliklə hər kəs üçün aktivləşdiriləcək profil kartları Instagram profillərindəki "Profili paylaş" bölməsində yerləşir. İstifadəçi özünü daha yaxşı ifadə etmək üçün profil kartının fonunu seçdiyi şəkillə fərdiləşdirə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram