Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərədə aparılan dörd günlük iş rejimi ilə bağlı tədqiqat sınaqları müsbət nəticə verib.
Banco.az xəbər verir ki, İngiltərədə 15 aydır ki, davam edən 4 günlük iş rejimi sınağı olduqca yaxşı nəticələnib.
Tədqiqat aparan araşdırmaçılar müəyyən ediblər ki, bu təcrübə işdən çıxarılmaları əhəmiyyətli dərəcədə azaldıb və işçiləri həm fiziki, həm də əqli cəhətdən daha sağlam edib.
Qeyd edək ki, dörd günlük iş sınağında ümumilikdə 697 işçi iştirak edib. Tədqiqatçılar layihənin uğur və ya uğursuzluğunu müəyyən etmək üçün 24 müxtəlif kateqoriyanı qiymətləndiriblər və demək olar ki, hər birində iş günündə qısaltma müsbət artımla nəticələnib.
15 aylıq sınaq müddətində nəinki işdən çıxma halları azalıb, həm də vakant yerlər üzrə müraciətlərin sayında 53 faiz artım olub.
Bizi sosial şəbəkələrdən izləyin!!