Birləşmiş Millətlər Təşkilatının hazırladığı "Happiest Countries In The World 2019" ("Dünyanın ən xoşbəxt ölkələri 2019") hesabatının nəticələri açıqlandı.
"Dünyanın ən xoşbəxt ölkələri 2019" hesabatına əsasən dünyanın ən xoşbəxt ölkəsi Finlandiya, ən bədbəxt ölkəsi isə Cənubi Sudandır.
2019-cu il yavaş-yavaş geridə qalır. Beləliklə, illik rəsmi məlumatlar bir-bir ortaya çıxmağa başlayır. Bu məlumatlar sırasına "Dünyanın ən xoşbəxt ökələri" hesabatı da əlavə edildi.
Belə ki, Ajans Press və İTS Media-nın yayımladığı məlumata əsasən il ərzində yayımlanan müsbət istiqamətli xəbərlərlərin sayında bu il ciddi şəkildə fərq hiss olunub. Keçən il xoşbəxt xəbərlərin sayı 140 min 439 idisə, bu il bu say 97 min 123-ə qədər düşüb.
Bəs dünyanın ən xoşbəxt ölkəsi haradır?
Birləşmiş Millətlər Təşkilatının "Dünyanın ən xoşbəxt ökələri" hesabatına görə, Finlandiya dünyanın ən xoşbəxt ölkəsidir. Əslində Skandinaviya ümumilikdə dünyanın ən xoşbəxt bölgəsidir. Çünki Birləşmiş Millətlər Təşkilatının hesabatında ilk dörd ölkə Skandinaviya ölkələridir. Daha sonra isə Hollandiya gəlir. Siyahının ən yaxşı ölkələri arasında, 12-ci yerdə qərarlaşan Kosta Rika ən diqqət çəkən ölkələrdəndir.
Qeyd edək ki, bu siyahıya əsasən Azərbaycan 90-cı sırada yer alır. Siyahıya əsasən qonşu ölkələrdən Türkiyə 79-cu, Gürcüstan 119-cu, Rusiya 68-ci, İran 117-ci, Ermənistan 116-cı yerdədir.
Dünyanın ən bədbəxt ölkəsi Cənubi Sudandır. Yanında Mərkəzi Afrika Respublikası və Əfqanıstan yer alır.
chip.az