Müəllif: Gülnar Əhmədli, Banco.az
2022-ci ildə neftin qiyməti Rusiyanın Ukraynaya müdaxiləsindən və enerji bazarlarındakı 1 illik qarışıqlıqdan sonra 8 ilin ən yüksək səviyyəsinə çataraq (1 barel üçün 100 dollardan çox) zirvəyə yüksəldi.
Bu səbəblə də neft şirkətləri öz mənfəətlərini ikiqat artırdılar və dünyanın ən böyük neft istehsalçılarının iqtisadiyyatları böyük təkanla yüksəlməyə başladı.
Bəs dünyanın ən böyük neft istehsalçıları hansı ölkələrdir?
Banco.az xəbər verir ki, ABŞ 2018-ci ildən bəri dünyanın ən böyük neft istehsalçısıdır və 2022-ci ildə gündəlik 18 milyon barelə yaxın neft hasil etməklə dominantlığını qorumağı bacarıb.
Dünyanın əsas neft istehsalçıları aşağıdakı ölkələrdir: (mln. barel gündəlik)
- ABŞ: 17,770
- Səudiyyə Ərəbistanı: 12,136
- Rusiya: 11,202
- Kanada: 5,576
- İraq: 4,520
- Çin: 4,111
- BƏƏ: 4,020
- İran: 3,822
- Braziliya: 3,107
- Küveyt: 3,028
Bizi sosial şəbəkələrdən izləyin!!