Dünya üzrə "EF English Proficiency Index" nəticələri açıqlanıb.
Açıqlanan göstəricilərə görə, dünya üzrə İngilis dilini bilmə səviyyələrinə görə ilk beşlikdə Hollandiya, İsveç, Norveç, Danimarka və Sinqapur yer alıb. Sıralamadakı ən sonuncu ölkə isə Liviyadır. Ümumiyyətlə dünya üzrə qeydə alınan bu göstəricilərə əsasən qadınlar kişilərdən daha yaxşı İngilis dilində danışırlar.
100 ölkənin adının yer aldığı bu siyahıda Azərbaycan 85-ci sırada yer alıb ki, bu da "çox zəif" İngilis dili bilən ölkələrin sırasında olduğumuzu göstərir. Qonşu ölkələrdən Rusiya 48-ci, Gürcüstan 56-cı, Türkiyə 79-cu yerdə qərarlaşıb.
Chip.az