Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər azalıb | Banco.az

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-avqust aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 62 milyon 558 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 1,3% azdır. Ötən ilin yanvar-avqust aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 63 milyon 403 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 694 min manat və ya 56,8% azalaraq 2 milyon 43 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et