"Coca-Cola" üçün hazırlanmış ən yaradıcı reklam afişaları | Banco.az

"Coca-Cola" üçün hazırlanmış ən yaradıcı reklam afişaları

Müəllif: Tamara Mustafayeva, Banco.az

Banco.az bu vaxta qədər "Coca-Cola" üçün ərsəyə gətirilmiş ən yaradıcı reklam kampaniyalarını təqdim edir.

1."Hiss et" ("Feel It")

Bu reklam kampaniyasında özünəməxsus dizaynı ilə tanınan "Coca-Cola" butulkalarını görmədən belə tanımağın mümkünlüyü vurğulanır.

2. "Gizli Resept"

"DeviantArt" saytının istifadəçilərindən biri tərəfindən hazırlanan reklam afişası Eynşteynin belə "Coca-Cola" içməyi çox sevdiyi üçün gizli resepti tapmağa çalışdığını göstərir. 

Coca-Cola eynşteyn

3. "Coca-Cola Light Limon"

"Coca-Cola2 içkisinin bir növü olan "Light Lemon" müxtəlif yaradıcı cəhdlərlə limona bənzədilib.

Ən sərfəli kredit üçün müraciət et

4. "Xoşbəxtliyə qapaq aç"

2013-cü ildə İtaliyada "Coca-Cola" bankasını "Xoşbəxtliyə qapaq aç" şüarına uyğun formada yenidən dizayn etməyə çalışan "McCann-Erickson" reklam agentliyi ənənəvi "Coca-Cola" bankasını "gülümsədib".

5. "Gəlin birlikdə yeyək"

Yemək və "Coca-Cola" içkisinin ayrılmaz cütlük olduğunu vurğulamağa çalışan bu reklam kampaniyasında ənənəvi "Coca-Cola" butulkası təsvir edilib.

Coca-Cola: Let's Eat Together – Digital Buzz

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram