Bu il Almaniya Azərbaycandan neft alışını azaldıb | Banco.az

Bu il Almaniya Azərbaycandan neft alışını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Almaniya bu ilin yanvar-may aylarında Azərbaycandan 293 milyon 886 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 60 milyon 477 min dollar və ya 17.1% azdır.

Hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 23% azalaraq 440 min 731 ton olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə Almaniyanın Azərbaycandan neft idxalının dəyəri 354,4 milyon dollar, həcmi isə 572,2 min ton olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et