Banklar tərəfindən son dövrlərdə kredit kartları ilə oxşar və fərqli cəhətlərə malik taksit kartları da müştərilərə təklif edilir. Taksit kartların kredit kartlarından əsas fərqi, bu kartlarda aldığınız məhsulun dəyərini bankın şərtlərinə uyğun olaraq partnyor mağazalarda faizsiz şəkildə ödəniş imkanının olmasıdır. Partnyor mağazalardan istədiyiniz məhsulu alaraq faizsiz şəkildə taksit aylarının sayına bölərək ödəyə bilərsiniz. Bu baxımdan taksit kartları son vaxtlar bank sektorunun ən önəmli məhsullarından birinə çevrilmişdir. Taksit kartları təklif edən banklar bir – birinə olan ciddi rəqabət şəraitində müştərilərinin rəğbətini qazanmaq üçün təklif və özəlliklərini demək olar ki, günbəgün yeniləyirlər.
Banco.az olaraq, ən çox istifadə edilən taksit kartlardan ikisinin müqayisəli vəziyyətini aşağıdakı cədvəldə sizə təqdim edirik. Qeyd edək ki, BirKart məhsulu KapitalBank-a, SmileCard məhsulu isə Expressbanka məxsus kartlardır. Hər iki kartın özünə uyğun üstünlükləri vardır. Aşağıda onlarla ətraflı tanış ola bilərsiniz:
Kartın adı və özəllikləri |
BirKart |
SmileCard |
Kart limiti |
100 - 10.000 AZN |
100 – 4000 ₼ |
Kartın müddəti |
36 ay |
48 ay |
Kartın qiyməti |
1 illik 15 AZN* |
Ödənişsiz |
İllik faiz dərəcəsi |
Taksit əməliyyatları üzrə - 0% |
0% |
Nağdlaşdırma üzrə - 25% |
||
Cashback**** |
30%-dək |
Ölkədaxili 30%-dək |
Komissiya |
1700-dən çox partnyor mağazada 0% Kredit limitindən - 1.5 % |
6 ay - 6% / 12 ay - 12% |
0% (partnyor şəbəkəsi) |
||
Nağdlaşdırma limiti |
limitin yalnız 50%-ə qədəri |
300/500 ₼ (Aylıq) |
Ərizəçinin yaşı |
18- 67 yaş |
20 - 70 yaş |
Son iş yerində minimal staj |
minimum 6 ay olmalıdır** |
6 ay (fasiləsiz iş stajı olduğu halda 3 ay) |
Şəxsi vəsaitə komissiya |
1% |
0% |
Taksit sayı |
6 - (2, 3, 6, 9, 12 və 18 ay)*** |
2 - ( 6 ay və 12 ay) |
SMS-məlumatlandırma |
Ödənişsiz |
Ödənişsiz |
*(BirKartınızla ilk 90 gün ərzində 3 dəfə minimum 10 AZN-lik əməliyyat etdikdə (taksit, onlayn ödəniş, birdəfəlik alış) hesabınızdan kartın 1-ci il üzrə illik qiyməti (15 AZN) çıxarılmayacaq.)
**(Kapital Bank müştəriləri üçün 3 ay). Təqaüdçülər üçün isə belə bir tələb yoxdur.
***Partnyor mağazalarda 18 ayadək faizsiz taksit imkanı
**** Birkart Cashback kartında 1.5 % dən 30 % dək cashback imkanı