Bankların Payız kampaniyaları – 2024 | Banco.az

Bankların Payız kampaniyaları – 2024

Müəllif: Gülnar Əhmədli, Banco.az

Payız fəsli ilə əlaqədar ölkə bankları hər mövsüm olduğu kimi bu dəfə də sərfəli kampaniyalara start veriblər.

Banco.az yararlana bilməniz üçün kampaniyaları təqdim edir: 

ABB – 21 oktyabr–15 noyabr tarixlərində "Tam DigiCard" və "TamKart" debet kartlarını sifariş edən Bakcell abunəçiləri ABB-dən hədiyyə qazanacaqlar.

Kampaniya şərtləri:

  • Bu fürsət "Tam DigiCard" və "TamKart Visa" debet kartlarını ABB rəsmi veb-saytından sifariş edənlərə şamil edilir.
  • Kampaniyada yalnız Bakcell abunəçiləri və ya nömrəsini Bakcell operatoruna köçürən şəxslər iştirak edə bilərlər.

Kampaniya 15 noyabr 2024-cü il tarixinədək davam edəcək.

Ətraflı: https://tinyurl.com/2yem9ebk

Bankdakı mövcud digər kampaniyalar barədə ətraflı məlumat üçün linkə keçid edin. 

Xalq Bank – Xalq Bank əmanət yerləşdirən müştərilər üçün yeni kampaniya təqdim edir. 26 noyabradək Bankın "Proqress" və "Müddətli" əmanət məhsulları üzrə ABŞ dolları valyutasında depozit yerləşdirən fiziki şəxs müştərilərinə 1 illik "Mastercard Black Edition" kartı pulsuz təqdim olunur. Kampaniyada iştirak etmək üçün minimal əmanət məbləği 5000 ABŞ dollarıdır. Hədiyyə kartın valyutası müştəri istəyinə əsasən seçilə bilər.

Ətraflı məlumat üçün keçid edin: https://tinyurl.com/muup3zh4

AccessBank – Bank yerli valyutada müddətli əmanətlər üzrə faiz dərəcələrini 12%-dək yüksəldib. 

Yüksək faizli əmanət kampaniyasından yararlanmaq üçün keçid edin: https://tinyurl.com/2t9fd6ps

Bank Respublika – Bankın yeni və sərfəli "Payız fürsəti" nağd kredit kampaniyası noyabr ayının 1-dək davam edəcək. Bank Respublika-ya müraciət edən istənilən peşə sahibləri nağd kreditləri illik min. 10%-lə və çox sərfəli şərtlərlə götürmək imkanı əldə edəcəklər:

  • Maksimal məbləğ – 50.000 AZN;
  • Müddət – 60 ayadək;
  • Üstəlik krediti komissiyasız və zaminsiz götürmək imkanı da var

Ətraflı: https://tinyurl.com/mdc7k34d

Ən sərfəli kredit üçün müraciət et

Rabitəbank – Bank "Universal Əmanət" məhsulu üzrə "Payız Marafonu" kampaniyasına start verib. Yüksək faizlərlə daha çox qazanc əldə etmək üçün kampaniyadan faydalanmağa tələsin. Kampaniya 12.13.2024-cu il tarixinədək davam edəcək.

Şərtlərlə tanış olmaq üçün linkə keçid edin. 

2. Bankın digər kampaniyası sərfəli şərtlərlə kredi götürmək istəyənlər üçündür. Belə ki, bank arzularını payızda reallaşdırmaq istəyənlər üçün 10,5%-dən başlayan kredit kampaniyasına start verib. Hazırda 30 000 AZN-dək nağd pul kreditini 48 ayadək ödəniş imkanı ilə əldə edə bilərsiniz.

  • İllik faiz dərəcəsi: 10.5%-dən
  • Məbləğ: 30 000 AZN-dək
  • Kreditin müddəti: 48 ayadək
  • 0% komissiya

Unibank – Unibank yüksək faizlə, uzun müddətə əmanət hesabı açmaq istəyənlər üçün çox sərfəli təklif edir. Unibank-da 18 və 24 aylıq depozit hesabı açaraq illik 12%-lik  gəlir əldə edə bilərsiniz. Əmanət hesabı açan zaman vəsaitinizin məbləğindən asılı olaraq faizlərin ayda bir dəfə alınması üçün premium kart da hədiyyə edilir.

Ətraflı: https://tinyurl.com/2zh3vjy6

Bank BTB

Bank BTB müştərilərə yüksək gəlirli əmanət kampaniyası təqdim edib. Yeni kampaniya şərtlərinə əsasən siz manat vəsaitlərini 12 aydan 24 ayadək Bank BTB-yə etibar edərək yüksək gəlirlər əldə edə bilərsiniz. 

Kampaniya 30 noyabr 2024-cü il tarixinədək davam edəcək.

Ətraflı məlumat üçün keçid edin: https://tinyurl.com/c6wp6z7h

TuranBank – 50 000 AZN-dək istehlak kreditini komissiyasız və zaminsiz əldə edərək planlarınızı reallaşdıra bilərsiniz. Kredit illik 9.9%-dən başlayaraq 59 ay müddətinə təklif edilir. 

Ətraflı: https://tinyurl.com/2krd8dzw

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram