Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin martın 1-i tarixinə 2 milyard 120 milyon manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bankların xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 477.6 milyon manat azalıb, illik müqayisədə isə 2%-dən çox artıb.
Qeyd edilib ki, fevralda xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
Bizi sosial şəbəkələrdən izləyin!!