“Apple” İndoneziyada “iPhone” satışına qoyulan qadağanı aradan qaldıra bilmədi | Banco.az

“Apple” İndoneziyada “iPhone” satışına qoyulan qadağanı aradan qaldıra bilmədi

Müəllif:Ayşən İmanova/Banco.az

“Apple” şirkəti İndoneziyada yeni “iPhone” modellərinin satışına qoyulan məhdudiyyətləri aradan qaldıra bilməyib.

Banco.az xəbər verir ki, bu barədə yerli “Antara News” agentliyi məlumat yayıb.

Bundan əvvəl qeyd edilmişdi ki, “Apple” şirkəti İndoneziya iqtisadiyyatına təxminən 100 milyon dollar sərmayə qoymağı təklif edib ki, ölkə hakimiyyəti “iPhone” smartfonlarının satışına qoyulan qadağanı aradan qaldırsın. Yerli hökumətin nümayəndəsi bildirib ki, İndoneziya hakimiyyəti İT nəhənginin təklifini qəbul etməyib: “Əlbəttə, biz bu investisiyaların daha böyük olmasını istəyirik”.

Ən sərfəli kredit üçün müraciət et

Qanuna görə, İndoneziya bazarında satılan smartfonlar 40 faiz yerli komponentlərdən ibarət olmalıdır. Bu göstəricini təmin edə bilməyən cihaz istehsalçıları iqtisadiyyata pul yatırmalıdırlar. Noyabr ayında “Apple” investisiya olaraq 10 milyon dollar ayırmağı təklif etmişdi, lakin yeni “iPhone”ların satışına qoyulan qadağadan sonra şirkət bu məbləği 10 dəfə artırdı.