Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanla Çinin ticarət dövriyyəsi bu ilin yanvar-oktyabr aylarında 3 milyard 15 milyon 538 min dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 441,2 milyon dollar və ya 17,1% çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 3 milyard dollarlıq məhsul idxal edib. Çindən idxal illik müqayisədə 500,6 milyon dollar (20%) artıb. Azərbaycanın Çinə ixracı isə 14,3 milyon dollara bərabər olub.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,6 milyard dollar dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!