Neft qiymətləri əvvəlki həftənin inamlı yüksəlişindən sonra bazar ertəsi səhər ucuzlaşır.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti bir barel üçün 74,74 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,43 dollar (0,57%) azdır.
Cümə günü bu müqavilələr bir barel üçün 0,94 dollar (1,3%) artaraq 75,17 dollar olub.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti bu dəfə 0,43 dollar (0,6%) ucuzlaşaraq bir barelə görə 70,81 dollar təşkil edib.
Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,14 dollar (1,6%) artaraq bir barel üçün 71,24 dollar olub.