Müəllif:Ayşən İmanova/Banco.az
Amerikalı sahibkar, "Space X" və "Tesla" şirkətlərinin sahibi İlon Mask, 347,8 milyard dollara çatan sərvəti ilə öz rekordunu yeniləyərək yenidən dünyanın ən varlı adamları siyahısında birinci olub.
Banco.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, biznesmenin prezidentlik kampaniyası zamanı fəal şəkildə dəstəklədiyi Donald Tramp ABŞ seçkisində qalib gəldikdən sonra Maskın şirkətlərinin səhmləri kəskin bahalaşıb.
Qeyd edək ki, Mask əvvəlki rekordu 2021-ci ilin noyabrında, sərvətinin 340,4 milyard dollar dəyərində qiymətləndirildiyi vaxt müəyyən edib. Son bir ildə bu, təxminən 120 milyard dollar artıb.
Dünyanın ən varlı adamları siyahısında ikinci yeri 219 milyard dollar sərvətlə “Amazon”un qurucusu Ceff Bezos tutur. Üçüncü yerdə isə 206 milyard dollarla “Oracle”ın həmtəsisçisi Larri Ellison qərarlaşıb.