"Bank Respublika"da İnformasiya texnologiyalarının inkişafı departamentinin direktor müavini vəzifəsinə yeni təyinat olub.
Banco.az xəbər verir ki, vəzifəyə Fuad Paşabəyli təyin edilib.
Onun "Bank Republika"dakı fəaliyyəti 2021-ci ildən başlayır. Belə ki, F. Paşabəyli bankda ilk olaraq Proqram təminatının inkişafı meneceri vəzifəsini icra edib. 2022-ci ilin iyulundan 2024-cü ilin fevral ayına qədər bankda "Backend Development" şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
O, həmçinin ölkədə fəaliyyət göstərən nüfuzlu qurumlardan birində Baş proqram tərtibatçısı, ayrı-ayrı 2 bankda isə Proqram təminatı üzrə baş mühəndis və Proqram təminatının inkişafı şöbəsinin rəhbəri vəzifələrini icra edib.
Qeyd edək ki, Fuad Paşabəyli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter elmləri sahəsində bakalavr, 2014-2016-cı illərdə isə Azərbaycan Texniki Universitetində Kompüter mühəndisliyi üzrə magistr təhsili alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!