Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 190,744 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 49,294 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48,8% çoxdur.
2020-cu ilin yanvar-fevral aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 25,1 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-fevral aylarında bu göstərici 24,9 manat olub.
Report