Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan 6.8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 8.5 milyon dollar və ya 55.6% (2.25 dəfə) azdır.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2023-cü ilin eyni dövründə qızıl ixracının ümumi dəyəri 15.3 milyon dollara bərabər olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 162.8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.
Bizi sosial şəbəkələrdən izləyin!!