Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin eyni dövrünə nisbətən 9,4 faiz artaraq 1003,3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3901,5 manat, qeyri-neft-qaz sektorunda 948,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 945 manat, özəl müəssisələrdə isə 1066,1 manat olub.
Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 759,9 manat), maliyyə-sığorta (2 996,1 manat), informasiya və rabitə sahəsindədir (1 723,8 manat).
Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (563,3 manat) sahəsindədir.
Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 3 383,1 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 4 555,2 manat.
Bizi sosial şəbəkələrdən izləyin!!