2025-ci ilin sonuna kimi Azərbaycanda BOKT-ların aktivləri 2 dəfə artacaq. BOKT-lərin aktivlərinin bir milyard manatı ötməsi hədəflənir.
Bunu “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı Mərkəzi Bankın Kredit Təşkilatlarına Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov deyib.
O bildirib ki, aktivlərlə yanaşı BOKT-ların kapitalı 482 milyon manata yüksəlib. Bu həm sözügedən təşkilatların mənfəət generasiyası, həm də bazara yeni təşkilatların dazil olmasınilə bağlıdır.
“Aktivlərin artımı ilə yanaşı BOKT-ların şəbəkələri genişlənir. Mikro maliyyə sektorundan filialların sayı 302-yə çatıb. Banklarla müqayisədə BOKT-lərin regionlarda genişlənməsi daha müsbət hal alıb. Sektorda çalışanların sayı 3500-ə, müştəri sayı isə 700 minə çatıb”- şöbə rəisi əlavə edib.
APA