Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar-iyul aylarında 833 milyon 581 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə 4 sığorta şirkətinin yığımları 50 milyon manatdan çox olub.
Bunlar Paşa Həyat Sığorta (377,8 milyon manat), Paşa Sığorta (205,2 milyon manat), Qala Sığorta (52,1 milyon manat) və Atəşgah Həyat Sığorta (51,1 milyon manat) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!