2024-cü ilin ən yaxşı otelləri müəyyən edilib | Banco.az

2024-cü ilin ən yaxşı otelləri müəyyən edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“50 Best”in məlumatına görə, 2024-cü ilin “ən yaxşı” otelləri açıqlanıb.

Banco.az xəbər verir ki, çərşənbə axşamı Londonun tarixi “Guildhall” zalında səyahət jurnalistləri, mehmanxanaçılar və təcrübəli səyahət mütəxəssislərindən ibarət 600 anonim qlobal seçicinin rəyləri əsasında “Dünyanın 50 ən yaxşı oteli” müəyyən edilib.

Capella Bangkok

Tailandda fəaliyyət göstərən “Capella Bangkok” 2024-cü ilin "50 Best" siyahısına görə dünyanın "ən yaxşı" oteli seçilib. Banqkokun Çao Phraya çayına baxan, 101 suit və villadan ibarət olan oteldə gecələmək üçün bir günə 600 dollar tələb olunur.

İndi isə gəlin siyahının ilk onluğu ilə tanış olaq.

  1. “Capella Bangkok”, Banqkok, Tailand
  2. “Passalacqua”, Komo, İtaliya
  3. “Rosewood”, Honkonq
  4. “Cheval Blanc”, Paris, Fransa
  5. “The Upper House”, Honkonq
  6. “Raffles”, Sinqapur
  7. “Aman Tokio”, Tokio, Yaponiya
  8. “Soneva Fushi”, Maldiv adaları
  9. “Atlantis The Royal”, Dubay, BƏƏ
  10. “Sumba”, İndoneziya

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et