Bu bank xanımlara nə hədiyyə edəcək? | Banco.az

Bu bank xanımlara nə hədiyyə edəcək?

“Bank Standard” 8 mart bayramı münasibətilə xanımları təbrik edir və yenidən onlar üçün aksiyaya start verir. Aksiya mart ayının 2-19 tarixləri arası bankın bütün filiallarında keçiriləcək. Aksiya çərçivəsində xanımlara 12 ay müddətinə SmartCard Gold kredit kartı hədiyyə olunacaq. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etmək kifayətdir.

“Bank Standard” bankda hesabı olan və ötən il aksiya çərçivəsində hədiyyəqazanan xanımlara isə 36 ay müddətinə MasterCard Gold kredit kartını hədiyyə edir və kredit xəttinin illik faiz dərəcəsinə 1% endirim edir. Əlavə olaraq aksiya çərçivəsində hədiyyə qazanan xanım müştərilərə kredit xətti məbləğinin artırılma imkanı yaradılır. 

Daha ətraflı məlumatı 158 Məlumat Mərkəzinə zəng vurmaqla əldə edə bilərsiniz.