Azər Türk Bank-ın 22 illiyi münasibətilə bankda hər şey 22 oldu | Banco.az

Azər Türk Bank-ın 22 illiyi münasibətilə bankda hər şey 22 oldu

Azər Türk Bank bu ay 22 yaşını qeyd edir. Düz 22 il öncə, 1995-ci ildə ulu öndər Heydər Əliyev və Türkiyə Respublikasının ilk qadın baş naziri Tansu Çillərin iştirakı ilə Dövlət Bankının açılış mərasimi baş tutmuşdur. 22 ildir ki, müştərilərin etibar etdiyi ünvan iyul ayında   mövcud müştərilərini və Bankın yeni müştərisi olmaq istəyənləri sevindirməyə hazırlaşır. Bildiyiniz kimi ötən həftə Dövlət Bankı öz sosial şəbəkə səhifələrində 22 illiyi münasibətilə izləyicilərinə 22-nin onların ən sevimli rəqəminə çevriləcəyindən xəbər verdi. Bu da düz 22 gün boyunca Bankdan gələcək şad xəbərlərin göstəricisidir.

Belə ki, 22 gün, yəni 11 iyul - 1 avqust tarixlərində Dövlət Bankı aşağıdakı şad xəbərlərlə  izləyicilərini sevindirəcək:

  • Dövlət Bankı Azər Türk Bank düz 22 gün MasterCard biznes və debit kartlarına sahib fiziki şəxs müştəriləri üçün illik xidmət haqlarına ən az 22% endirim tətbiq etmək;
  • Depozit qutusu icarəyə götürən müştərlərinin edəcəyi aylıq və ya illik ödənişlərinə 22% endirim tətbiq etmək;
  • İyul ayında doğulanlara 1 illik MasterCard Standart kart hədiyyə etmək (AZN/USD/EUR);
  • Bankın müştəriləri olmaq istəyənlər üçün cari hesabları pulsuz açmaq;
  • POS – terminallar üzrə təyin edilmiş aylıq minimum komissya haqqı ödənişini (30 AZN) 6 ay müddətinə ləğv etmək;
  • Minimal məbləği 2 200 AZN əmanət yerləşdirən müştərilərinə depozit qutularını 2 aylıq pulsuz təklif etmək. 

Sonda qeyd edək ki, Bank üçün 22 sadəcə rəqəm deyil, Dövlət Bankı Azər Türk Bank-ın tarixi və qazandığı etibardır.

Ən sərfəli kredit üçün müraciət et

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.